
Psixologiya, yaddaş, sürətli öyrənmə və psixo-energetika sahələrinə olan dərin marağım hələ ortaməktəb illərində başlamışdı. Bakı şəhərində anadan olmuş, ilk ali təhsilimi İstanbul DövlətUniversitetində almışam. Əslən Şəki şəhərindənəm.2014-cü ildə Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü olmuş, beyin əsaslı olimpiyayarışlarında Azərbaycanı təmsil etmişəm. Türkiyənin müxtəlif şəhərlərində özəl şirkətlərə, banklara, ocümlədən dövlət qurumlarına, siyasətçilərə, icra hakimiyyətlərinə, iş adamlarına fərdi və koorperativşəkildə NLP, Effektiv ünsiyyət, Şüuraltı dəyişim, Rənglərlə insan tanıma, Bədən dili və şəxsi imicinyaradılması, Effektiv komanda çalışması, Stressin idarə olunması, Sistem düşüncəsi və Sibernetika,Hipnotik dil qəlibləri, Düşüncə və Davranış qəlibləri kimi təlimlər keçmişəm. Ölkəmizdə ilk dəfə Hüquqvə Tibb işçilərinə Yaddaş Texnikaları ilə Terminlərin tez, sürətli və qalıcı yadda saxlanması təlimlərinitədris edən şəxs olmuşam.Türkiyənin və Amerikanın bir sıra nüfuzlu təşkilatlarından və institutlarından “400 saatlıq ÜmumiPsixoterapiya” təhsili almışam..Azərbaycanda bir sıra özəl şirkətlərə və dövlət qurumlarına, o cümlədən Qeyri-hökümət təşkilatlarınamüxtəlif təlimlər keçmişəm..2015-ci ildə İstanbulda keçirilən Dünya Yaddaş Çempionlarının Qala Gecəsində Azərbaycanı təmsiletmiş, 2016-cı ilə Las Vegasda keçirilən Dünya Yaddaş Çempionatında iştirak hüququ qazanan ilkAzərbaycanlı olmuşam..2017-ci ildə İstanbulda keçirilən 102 Mental idmançının və 8 fərqli ölkənin (Türkiyə, Argentina,Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Hindistan, Əfqanıstan və Bolqarıstan) iştiraketdiyi Türkiyə Yaddaş, Sürətli oxu və Zehni Riyaziyyat olimpiadasında, 52 müxtəlif simvoldan ibarətkartı 4 dəqiqədə düzgün ardıcıllıqla yadda saxlayaraq 6-cı, ikili rəqəm sistemindən ibarət 330 rəqəmidə düzgün ardıcıllıqla yadda saxlayaraq 10-cu olmuşam. Həmin olimpiadada iştirak edən tələbəm isə,çempion olaraq, ölkəmizə 1 qızıl və 2 gümüş medal qazandırmışdır.2021-ci ildə Türkiyənin Marmaris şəhərində təşkil edilən, Dünyanın ən sürətli Şüuraltı dəyişimmetodlarından olan, PSYCH-K® üzrə təməl (Basic), İrəli səviyyə (Advanced Integration) və Ustalıq(Master Facilitation) təlimlərini tamamlamış, beləliklə bu sahədə həm Azərbaycanda, həm dəbeynəlxalq miqyasda fərdi konsultasiyalar və seanslar etməyə başlamışam.Psixologiya üzrə bakalavr, Klinik Psixologiya üzrə Magistr və Doktorantura təhsili almışam.Klinik Psixologiya üzrə Fəlsəfə Doktoru namizədiyəm. Ph.D.(c)Çay və kofe içmək, təbiətdə zaman keçirmək, at sürmək, idmanla məşğul olmaq, dəniz sahilindəgəzmək, şeir yazmaq və oxumaq, gözəl xəttlə kalliqrafik yazılar yazmaq, rəsm çəkmək, musiqi iləməşğul olmaq hobbilərimdir.Hal-hazırda Bakıda yerləşən Zəhra Klinikasında Klinik Psixoloq və Şöbə Müdiri vəzifəsində fəaliyyətgöstərirəm.Özümü mənəvi və zehni olaraq idrak etməyə başlamağım isə 2021-ci ildə aldığımPSYCH-K® təlimlərindən sonra olmuşdur. O gündən bəri, qısaca mən: